f 1

Xarici ekspertlər ABŞ, AzərbaycanErmənistan liderləri arasında 8 avqustda Ağ Evdə imzalanan tarixi Vaşinqton bəyannaməsi barədə fikirlərini Globalinfo.az ilə bölüşüblər.

Xatırladaq ki, saytımız bu mövzuda İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikrət Birdişlidən də açıqlama alıb.

IMG 20250810 WA0060

Evgen Maqda

Dünya Siyasəti İnstitutunun direktoru (Ukrayna), Ukrayna Milli Texniki Universitetinin dosenti Evgen Maqda hesab edir ki, Vaşinqtonda keçirilən görüş bütövlükdə Cənubi Qafqaz üçün inqilabi əhəmiyyətə malikdir:

“Bunun üçün dəfələrlə cəhdlər edilib. Son vaxtlara qədər bu məsələdə Rusiya liderlik edirdi. Üstəlik, Rusiya rəhbərliyi bunu çox maraqlı formada, həm Azərbaycana, həm də Ermənistana silah sataraq edirdi. Lakin Donald Tramp administrasiyası bu tendensiyanın qarşısını ala bildi və prinsipcə, digər məsələlərlə yanaşı, Amerikanın iqtisadi maraqlarına əsaslanan real sülhü təmin etdi. Xəzər nefti amili və Fars körfəzindən sonra dünya enerji ehtiyatlarının ən böyük ehtiyat mənbəyi olan Xəzər dənizi burada rol oynayır.

Hesab edirəm ki, Rusiyanın geosiyasi baxımdan üzünə qulaqbatırıcı sillə vuruldu və onun Cənubi Qafqaz regionunda təsiri və iştirakı azalacaq. Rusiya qoşunlarının yaxın vaxtlarda Ermənistanda Gümrüdəki bazanı tərk edəcəyini gözləyirəm. Sonra isə biz, yəni dünya ictimaiyyəti birgə səylərlə Rusiyanın Gürcüstanda işğal etdiyi ərazilərdən çıxması üçün çalışmalıyıq. Bu, indiki məqamda zəruridir. Gürcüstan Cənubi Qafqazda böyük bir dövlətdir və 17 il öncə Rusiya təcavüzünün qurbanı olub. Bu ədaləti bərpa etmədən Cənubi Qafqazda sabitlikdən danışmaq çox çətin olacaq”.

WhatsApp Image 2025 08 06 at 11.51.03 1

Arman Şurayev

Qazaxıstanlı publisist və politoloq Arman Şurayev azərbaycanlı qardaşlarını qələbə münasibətilə təbrik edib:

“Xüsusilə qeyd etmək istərdim ki, bu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir. Əslində, Zəngəzur dəhlizi Turanın birləşməsidir. Bu, bütün türk dünyasının qələbəsidir. Bu münasibətlə sizi təbrik edirəm”.

gela vasadze

Gela Vasadze

Gürcü politoloq Gela Vasadze deyib ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün səmərəli mexanizmlər yaradıb:

“Tərəflər ilk dəfə olaraq kağız üzərində, rəsmi olaraq bir-birlərinin ərazi bütövlüyünü təsdiqlədilər, güc tətbiq etməmək öhdəliyini götürdülər, Azərbaycanın ərazi bütövlüyünü pozan sənədlərə istinadlar Ermənistan qanunvericiliyindən çıxarılan kimi imzalanacaq sülh müqaviləsinin mətnini parafladılar və rəsmi olaraq məqsədi qondarma “Dağlıq Qarabağ”ın statusunu müəyyən etmək olan ATƏT-in Minsk Qrupu buraxıldı. Vaşinqtonda sülhə doğru daha bir addım atıldı. Amma bu, böyük bir addımdır”.

peter taim

Peeter Taim

Estoniyalı politoloq Peeter Taim isə qeyd edib ki, Tramp bununla “Nobel” sülh mükafatı almaq üçün növbəti xal qazanıb:

“Bu proses bu və ya digər şəkildə (Türkiyənin də köməyi ilə) məntiqi yekunlaşmaqda idi. Amma Trampa lazım idi ki, Əliyevlə Paşinyan arasında məhz o otursun. Bunun qarşılığında aydındır ki, Tramp hər iki tərəfə vədlər verib. Amma həm də düşünürəm Tramp bu hərəkəti ilə Putinə eyham vurmaq istəyib ki, məsələn, mən səni indi Cənubi Qafqazdan qovmuşam, başqa arenalardan da qovub çıxara bilərəm”.

pol qobl

Pol Qobl

ABŞ-ın Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qoblun sözlərinə görə, əgər liderlər Vaşinqton Bəyannaməsi üzrə üzərlərinə götürdüyü öhdəliklərə əməl edərsə, Azərbaycan və Ermənistanda vəziyyətin yaxşılaşması, Rusiya və İranın təsirinin azalması, şərqlə qərb arasında ticarətin artması ilə Cənubi Qafqazda müsbətə doğru köklü dəyişikliklər olacaq.

WhatsApp Image 2025 07 21 at 10.41.33

Əbdül Həmid Siam

Fələstinli politoloq, Amerikanın Rutgers Universitetində Yaxın Şərq və siyasi elmlər üzrə tədqiqatçı, BMT-də akkreditə olunmuş jurnalist Əbdül Həmid Siam isə saytımıza bildirib ki, sülh sazişi üzrə görülən işlər prezident Tramp onu imzalamaq üçün hər iki lideri Ağ Evə dəvət etməzdən əvvəl demək olar ki, tamamlanmışdı:

“Müqavilə üzərində AzərbaycanErmənistan, Türkiyə və Rusiya Federasiyası daxil olmaqla bir çox tərəflər çalışıb. Prezident Tramp münaqişənin tarixi haqqında çox şey bilmir. O, hətta “Azərbaycan” sözünü düzgün tələffüz etməmişdi. Lakin o, digər tərəflərin Konqo Demokratik Respublikası və Ruanda arasındakı sülh razılaşmasına bənzər səylərini dəstəkləməyi bacarır. Sülh sazişi ən çox ABŞ-ın xeyrinə olacaq və Rusiyanı regiondan kənarlaşdıracaq. Ümid edirəm ki, bu görüş AzərbaycanTürkiyə arasında strateji münasibətlərə təsir etməyəcək”.

imran

İmran Xalid

Pakistanlı geostrateji analitik və beynəlxalq məsələlər üzrə köşə yazarı İmran Xalid avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünü Cənubi Qafqazda regional sabitliyə doğru atılan mühüm addım kimi qiymətləndirib:

“ABŞ-ın vasitəçiliyi ilə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu təsis edən sülh sazişi Naxçıvana mühüm tranzit dəhlizini təmin etməklə və ticarət və enerji perspektivlərini artırmaqla Azərbaycanın strateji mövqeyini gücləndirir.

Bununla belə, Ermənistanın dəhliz üzərində nəzarəti güzəştə getməsi və hüquqi iddialardan əl çəkməsi ilə Azərbaycanın diplomatik qələbəsi kimi qəbul edilən sövdələşmə uzunmüddətli ədalət və icrası ilə bağlı narahatlıqları artırır. ATƏT-in Minsk Qrupunun buraxılması ikitərəfli danışıqlara keçiddən xəbər verir ki, bu da danışıqları sadələşdirə bilər, lakin daha geniş beynəlxalq nəzarəti istisna etmək riski daşıyır. X kimi platformalarda skeptik yanaşmalar göstərir ki, Ermənistanın güzəştləri etnik ermənilərin Qarabağa təhlükəsiz qayıtmasına zəmanət verə bilməz. Müqavilə sülhlə bağlı ümid yaratsa da, onun müvəffəqiyyəti ABŞ-ın davamlı iştirakından və gələcək gərginliyin qarşısını almaq üçün Ermənistanın suverenliklə bağlı problemlərinin həllindən asılıdır”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Paylaş: