Göyçayda zəlzələ oldu: dağıntı və tələfat varmı?

Göyçayda zəlzələ oldu: dağıntı və tələfat varmı?

Göyçayda qeydə alınan zəzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

***11:15

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Globalinfo.az bildirir ki, zəlzələ episentrdə, Göyçay rayonunda 4 bala yaxın, Qəbələ, Ağdaş və ətraf məntəqələrdə 3 bala qədər hiss olunub.

X X X

İsmayıllı stansiyasından 35 km cənub-qərbdə Göyçay rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:03-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4, dərinliyi 16 km olub.

X X X

Göyçay şəhərində zəlzələ olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-a bu barədə yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, yeraltı təkanlar bu gün saat 11 radələrində hiss olunub.

İnsanlar mənzillərini tərk edərək küçədə gözləyirlər.

Məsələ ilə ilə bağlı aidiyyəti üzrə sorğu verilib.