Belarus Prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin əvvəllərindən etibarən ABŞ administrasiyasına Kremlin ilə danışıqları necə aparmaq barədə məsləhətlər verir.
Globalinfo.az xəbər verir ki, Time jurnalının baş müxbiri Saymon Şusterin müsahibəsində qeyd olunur ki, Lukaşenko Vaşinqton administrasiyasına Moskvanın danışıqlara ciddi yanaşmağa hazır olduğunu bildirib. Trampın yanvar ayında andiçməsindən sonra ABŞ rəsmiləri bir neçə dəfə Minskə səfər edərək Lukaşenkonun vasitəsilə Kremlinlə gizli əlaqə kanalını yaradıb.
Şusterin sözlərinə görə, amerikalılar bu kanaldan Putin və Tramp arasında sammitin təşviqi üçün istifadə ediblər.
Əliyar Xəlil
Globalinfo.az