RIA 8976425 pic 32ratio 900x600 900x600 18389

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun məhkum edilməsindən sonra Moldovada sabitliyin pozulması riski yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qaqauziya parlamenti və İcraiyyə Komitəsinin yaydığı birgə bəyanatda bildirilir.

“Biz Qaqauziyadakı vəziyyətin sabitliyinin pozulmasına və Komratla Kişinyov arasında münaqişənin dərinləşməsinə görə bütün məsuliyyəti yalnız Moldova Respublikasının mərkəzi orqanlarının üzərinə qoyuruq”.

Açıqlamada Moldova hakimiyyəti siyasi repressiya yolunu tutmaqda ittiham olunur.

Qeyd edək ki, avqustun 5-də Moldova məhkəməsi Qutsulu müxalif “Şor” partiyasının qanunsuz maliyyələşdirilməsində iştirak ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm elan edildikdən sonra Kişinyovda məhkəmə binası qarşısında etirazlar baş verib, polis və Qutsul tərəfdarları arasında toqquşma yaşanıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: