Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın özünə təyin etdiyi yeni müavini Vaan Kostanyanla bağlı mətbuata yeni detallar sızıb.
Globalinfo.az xəbər verir ki, “Qraparak” qəzeti yazıb ki, Mirzoyanın Kostanyanı özünə müavin etməklə həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı prosesi tam nəzarəti altına almağa çalışır. Bunun üçün Kostanyana XİN-də Sərhədyanı Dövlətlər Departamenti tapşırılıb. Məhz bu departamentdə Kostanyanın Türkiyə, Azərbaycan və ətraf ölkələrdə baş verən hadisələrin tədqiqatı və monitorinqinin aparılmasını koordinasiya edəcəyi bildirilib. Burada onun həmçinin analitik materialların hazırlanmasına da nəzarət edəcəyi vurğulanıb.
Mirzoyan Kostanyana vəzifə verməklə həm də onun XİN-dəki dayaqlarını da gücləndirməyə başlayıb. Kostanyanın adamının tezliklə XİN-in mətbuat katibi vəzifəsinə gətiriləcəyi, hazırkı mətbuat katibi Vaan Unanyanın isə xarici ölkələrdən birinə səfir olaraq göndəriləcəyi qeyd edilib.
Ən maraqlı məqam isə Kostanyanın təyinatından az sonra onunla bağlı maraqlı detalların ortaya çıxması olub. Belə ki, nazir müavininin ümumiyyətlə diplomatiya ilə bağlı heç bir təhsilinin olmaması müxalifət tərəfindən iddia edilib. Üstəlik, nazir müavininin bir müddət əvvəl çəkdirdiyi fotolar da gündəmə çevrilib.
Zaira