putin14 1536x864 1

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla görüşü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, Putin hər iki tərəfin görüşə maraq göstərdiyini qeyd edib.

Prezident həmçinin bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri də Donald Trampla görüş yeri kimi nəzərdən keçirilir.

“Bu cür tədbirlərin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir. Düşünürəm ki, BƏƏ görüş üçün kifayət qədər uyğun yerlərdən biridir”, – Putin vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: