Myanmada prezident səlahiyyətlərini icra edən 75 yaşlı Myin Sve vəfat edib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin “Sinxua” agentliyi Myanmanın Milli Müdafiə və Təhlükəsizlik Şurasına istinadən xəbər verib.
Bildirilib ki, siyasətçi cümə axşamı səhər saatlarında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
Son vaxtlar Myin Sve səhhəti ilə əlaqədar məzuniyyətdə olub.
Myin Sve 2021-ci ilin fevralında ölkədə hərbi çevrilişdən sonra Myanmada prezident səlahiyyətlərinin icraçısı təyin edilmişdi. Bundan əvvəl Myin Sve beş il ərzində vitse-prezident vəzifəsini tutub.