07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.
1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.
2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.
***09:42
Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.
Globalinfo.az APA-ya istinadən bildirir ki, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
X X X
Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KamAz” markalı yük maşınının qoşqusuna çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində dünyasını dəyişib.
Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***08:48
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub.
Globalinfo.az “Report”aistinadən bildirir ki, ölənlər – 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977) Bakı, Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.
Xəsarət alanlar isə, 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cı il təvəllüdlü Kamran Məmmədov, 2004-ci il təvəllüdlü Nərmin Əliyeva, 1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlovadır.
Faktla bağlı araşdırma aparılır.
X X X
Şəmkir rayonunda 9 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Globalinfo.az “Report”a istinadən bildirir ki, qəza nəticəsində 5 nəfər: Ağstafa rayon Muğanlı kənd sakinləri – 1995-ci il təvəllüdlü M. Qəribov, 2004-cü il təvəllüdlü N. Qəribova, 1969-cu il təvəllüdlü K. Məmmədov və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Ş. Pənahova, eyni zamanda Gürcüstan vətəndaşı 1970-ci il təvəllüdlü B.Gözəlova.
X X X
Şəmkirdə ağır yol qəzası baş verib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Bakı–Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.