
ABŞ Prezidenti Donald Tramp avqustun 6-da Rusiya Federasiyasına qarşı fövqəladə tədbirlərin müddətini uzadıb.
Globaıinfo.az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan sənəddə Rusiyanın fəaliyyəti və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə kimi qiymətləndirilir.
Sənəddə qeyd olunur:
“Rusiya hökumətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir”.
Bu qərar çərçivəsində Rusiyaya qarşı sanksiyaların və digər məhdudiyyətlərin tətbiqi hüquqi əsas olaraq qüvvədə qalacaq.
Tahir Turan
Globalinfo.az