1754500929 847335 5558ec41 03ff 3ca9 81b8 6477eb8b5590 850

ABŞ-ın Corciya ştatında yerləşən Fort-Styuart hərbi bazasında 5 nəfərin yaralandığı atışmanı törədən şəxsin kimliyi məlum olub.

Globalinfo.az xəbər verir ki, şübhəli şəxs saxlanılıb.

Atəş açan şəxs ABŞ ordusunun 28 yaşlı serjantı olub.

Hadisənin səbəbi açıqlanmır.

***21:54

ABŞ-ın Corciyadakı “Fort Stüart” hərbi bazasında atışma baş verib.

Globalinfo.az bildirir ki, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

İlkin məlumata görə, beş əsgər güllə yarası alıb, atəş açan şəxs saxlanılıb. Hazırda silahlı hücumun digər iştirakçılarının axtarışı aparılır.

Baza administrasiyası ərazinin tam bağlanmasına tapşırıq verib. Personala qapalı yerdə qalmaq, bütün pəncərə və qapıları bağlamaq əmr olunub.

Nəşr qeyd edir ki, Savannadan 40 mil cənub-qərbdə yerləşən “Fort Stüart” bazası Missisipi çayının şərqindəki ən böyük ordu qarnizonudur. Onun ərazisində ABŞ ordusunun 3-cü piyada diviziyasının bölmələri yerləşdirilib və hərbçilərin ailələri də yaşayır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: