Bakı şəhəri, Xətai rayonu ərazisində yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, yanğın Cavanşir küçəsində yarımtikililərin birində qeyd alınıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində iş aparılır.