Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, müzakirələr üç saata yaxın davam edib.
Bundan sonra Uitkoffu müşayiət edən avtomobillər Kremlin ərazisini tərk edib.
***13:25
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Uitkoff bu gün erkən saatlarda Moskvaya çatıb. Bu, onun 2025-ci il ərzində Rusiyaya sayca 5-ci səfəridir.
Əliyar Xəlil
Globalinfo.az