Hərbçilərimiz ermənilərin basdırdığı minaya düşdü: yaralılar var – FOTO

Hərbçilərimiz ermənilərin basdırdığı minaya düşdü: yaralılar var - FOTO

Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 4 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

***10:59

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.

Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.

Onların həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.

***22:11

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Teleqraf-ın xəbərinə görə, Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçidir (MAXE).

Qeyd edilib ki, Goranboy rayon sakini olan E.Tanrıverdiyev üç ildən artıqdır MAXE kimi xidmət edir.

Faktla bağlı araşdırma aparılır.

Hərbçilərimiz ermənilərin basdırdığı minaya düşdü: yaralılar var - FOTO