Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.
Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Report”a bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.
Onun sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.