ymn

Yəmən sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 76-ya çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“Yəmənin təhlükəsizlik xidmətlərinin nümayəndələri bildiriblər ki, Ədən körfəzində gəmi qəzasından sonra 76 meyit aşkar edilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, 32 nəfər xilas edilib.

***08:56

Yəmənin cənubundakı Əbyən əyaləti sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 55-ə çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, əyalətinin Zincibar rayonunun səhiyyə idarəsinin müdiri ölənlər arasında bir Yəmən vətəndaşının da olduğunu bildirib.

Məlumata görə gəmidə 100-dən çox efiopiyalı olub və onlarla adam hələ də itkindir.

Qeyd edək ki, Yəmən Afrika ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.

Qeyri-qanuni afrikalı miqrantların əksəriyyəti Körfəz ölkələrinə, xüsusən də Səudiyyə Ərəbistanına getmək arzusu ilə Cibuti vasitəsilə Yəmənə keçirlər.

Paylaş: