pezeskian rusiya

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə səfər edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Pezeşkianın iki gün müddətində Pakistanda səfərdə olacağı bildirilir. İran prezidenti səfərin ikinci günündə ölkənin prezidenti, baş naziri və parlament rəhbərliyi ilə görüşəcək.

İranın İslamabaddakı səfiri Rza Əmiri-Mağadam qeyd edib ki, bu səfər zamanı iki ölkənin rəsmiləri bir sıra mühüm əməkdaşlıq sənədləri imzalayacaqlar.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: