kur 14

İyulun 20-də Kür çayının Yevlaxdan keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, onun Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Sənan İlham oğlu Əliyev olduğu müəyyən edilib.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunmuşdu.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Paylaş: