photo 122591

“ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurmanın olacağı ağılasığmazdır. Buna heç vaxt yol verilməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox” radiosuna müsahibəsində deyib.

Rubio Moskvanın Vaşinqtonla hərbi qarşıdurmaya qadir olub-olmaması ilə bağlı sualı belə şərh edib:

“Bu, ağılasığmazdır. Anlayın, ABŞ və Rusiya arasında müharibə heç vaxt icazə verməyəcəyimiz bir şeydir. Bunlar dünyanın ən böyük iki nüvə gücüdür və təhlükə sadəcə çox böyük olardı”.

O, həmçinin bildirib ki, ABŞ Ukraynada sülhə nail olmaq üçün bu həftə Rusiya nümayəndələri ilə təmaslar aparıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: