Türkiyədə “Həyat Təhrir əş-Şam” (HTŞ) terror təşkilatının keçmiş komandirlərindən biri Əbu Əbd əl-Əşda azadlığa buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Direktorat 4” teleqram kanalı məlumat yayıb.
Əl-Əşda 2023-cü ildə Türkiyə-Suriya sərhədini qanunsuz keçmək cəhdinə görə saxlanılmışdı. O, HTŞ lideri Əbu Məhəmməd əl-Culaninin açıq tənqidçilərindən biri kimi tanınırdı. Təşkilatdan ayrıldıqdan sonra rəhbərliyi korrupsiya və avtoritar idarə üsulunda ittiham edən Əl-Əşda sonradan HTŞ tərəfindən həbs edilmişdi.
Qeyd edək ki, HTŞ beynəlxalq miqyasda, o cümlədən Rusiya Federasiyasında terror təşkilatı kimi tanınır və fəaliyyəti qadağandır.
Tahir Turan
Globalinfo.az