helikopter 1

Almaniyanın Grimma şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Bildirilib ki, helikopterin qalıqları Mulde çayında aşkar edilib.

Almaniyanın müdafiə naziri Boris Pistorius qəza nəticəsində azı iki nəfərin öldüyünü və bir nəfərin itkin düşdüyünü açıqlayıb.

Hərbi Hava Qüvvələrindən həlak olan və itkin düşənlərin şəxsiyyəti barədə ətraflı məlumat verilməsə də, onların təcrübəli ekipaj olduğu bildirilib.

 

Paylaş: