Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım Comərt Tokayevin iştirakı ilə iki ölkə arasında 20-yə yaxın saziş imzalanıb.
Globalinfo.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, öncə Prezident Ərdoğan və Tokayevin təkbətək görüşü olub, sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci Toplantısı keçirilib.
İmzalanan sazişlər arasında “Türkiyə Neft Şirkəti (TPAO) və “NC Kazmunaygaz ASC” arasında əmədaşlığın gücləndirilməsi”, “Orta Dəhliz Dəmir Yolu Marşrutu ilə yük daşımaları üzrə Əməkdaşlıq və Biznesin İnkişafı” da var.
***19:49
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında danışıqlar olub.
Globalinfo.az xəbər verir ki, tərəflər iki dövlət arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi yollarını araşdırıblar.
Ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, eləcə də humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə mövzusuna çevrilib.
Tokayev səmimi qəbula görə türkiyəli həmkarına minnətdarlığını bildirib. Ərdoğan cavabında ikitərəfli münasibətləri yeni səviyyəyə çıxarmaq istədiyini açıqlayıb.
Əliyar Xəlil














