6886721f7b92f6886721f7b93017536415036886721f7b92d6886721f7b92e

ABŞ Prezidenti Donald Tramp ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Şotlandiyada keçirilən görüşündə aylarla davam edən gömrük mübahisəsində razılıq əldə olunub.

Globalinfo.az xəbər verir ki, razılaşmanın detalları hələlik açıqlanmasa da, Avropa İttifaqından (Aİ) ABŞ-a ixrac olunan məhsulların əvvəlki dövrlərlə müqayisədə daha yüksək gömrük rüsumlarına məruz qalacağı məlum idi. Donald Tramp görüşdən əvvəl gömrük tariflərini 15 faizdən aşağı salmaq niyyətində olmadığını bəyan etmişdi.

Aİ-nin danışıqlardakı əsas məqsədi isə ABŞ rəhbərliyinin əvvəlcə təklif etdiyi 30 faizlik tarifdən xeyli səviyyəli nəticə əldə etmək idi. Ursula Fon der Lyayen görüş ərəfəsində mümkün razılaşmanı “bizim hər birimizin indiyədək imzaladığı ən böyük müqavilə” adlandırmışdı.

Paylaş: