peze.kian .jpg1

İran Prezidenti Məsud Pezeşkian ölkənin cənub bölgələrinə paytaxtın köçürülməsi ilə bağlı mümkün təhlükəsizlik risklərinə münasibət bildirib.

Globalinfo.az-ın  məlumatına görə, Pezeşkian qeyd edib ki, bu gün təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən fərqlənir:

“Bu gün dünyada təhlükəsizliyin tərifi və təmin edilməsi keçmişdən fərqlidir, bunu son müharibədə də gördük”, – deyə dövlət başçısı bildirib.

O, cənub bölgələrinin də Tehran kimi şəhərlərin təhlükəsizliyini təmin etmək imkanına malik olduğunu vurğulayıb və paytaxtın köçürülməsinin zəruriliyini əsaslandırıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: