peskov

Kremlin mətbuat katibi Dmitri PeskovRusiya prezidentinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Buna səbəb Ukrayna pilotsuz təyyarələrinin hücumlarına görə Sankt-Peterburqun Pulkovo hava limanındakı məhdudiyyətlər olub”, – deyə bildirilib.

Qeyd edək ki, bu gün Sankt-Peterburqun Pulkovo hava limanında 100-ə yaxın reys təxirə salınıb. Buna səbəb təyyarələrin yola salınması və gəlişinə qoyulan məhdudiyyətlərdir.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə Rusiyanın Bryansk, Smolensk, Kaluqa, Volqoqrad, Rostov vilayətləri və digər bölgələri hücuma məruz qalıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: