avstraliya 1

Avstraliyanın Makkuari adasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkan Yeni Zelandiyanın Dunedin şəhərindən 1578 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Sunami xəbərdarlığı verilməyib.

Paylaş: