bule

Türkiyənin Antalya şəhərində baş verən meşə yanğını məşhur sənətçi Bülənt Ərsoyun villasına da təsir edib.

Globalinfo.az xəbər verir ki, avqustun 9-da konsert verməsi planlaşdırılan Ərsoyun Kundu mahalının Güzeloba məhəlləsində yerləşən villasına alov sıçrayıb.

Hadisə yerinə cəlb olunan Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri alova vaxtında müdaxilə edərək yanğını yayılmadan söndürüblər. İlkin məlumata görə, villada olan Bülənt Ərsoy böyük qorxu yaşayıb, lakin səhhətində ciddi problem yoxdur.

Sənətçinin köməkçiləri Arzu Acay və Elnur Can dərhal hadisə yerinə gələrək ona dəstək olublar. Arzu Acay sosial şəbəkədə paylaşdığı videoda belə deyib:

“Görürsünüz, dostlarım. Əziz Divamızın villası elə oradadır. Meşə praktiki olaraq yanıb kül oldu. Çətinliklə də olsa, Divamızı təxliyə etdik. İnşallah, tezliklə sağalacaq. Allah yanğınsöndürənlərimizə rəhmət eləsin, dərhal müdaxilə etdilər”.

Tahir Turan
Globalinfo.az

Paylaş: