Allahverdi yolcuyev 0

Bir neçə gün əvvəl sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub. 

Globalinfo.az xəbər verir ki, bu barədə o, Baku.ws-ə açıqlamasında bildirib.

“Corab satmağımla bağlı görüntülərdən sonra birdən-birə ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. O, iki dəfə mənə zəng etdi, ehtiyacımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Musiqili Komediya Teatrına işə bərpa etdilər. Aidiyyəti qurumlar artıq mənlə maraqlanırlar. Corab satmaq da bir tarixə çevrildi”, – deyə aktyor qeyd edib.

***15:34

Aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.

Bildirilib ki, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub:

“Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib. Həmçinin mövcud qanunvericilik çərçivəsində onun əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir”.

Nazirliyinin cavabında həmçinin vurğulanıb ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, bir neçə gün öncə sosial mediada aktyor Allahverdi Yolçuyevin küçədə corab satması ilə bağlı material yayımlanıb.

Paylaş: