Arif Babayevin vəziyyəti hazırda stabildir.
Globalinfo.az xəbər verir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Xalq artistinin oğlu Yaşar Babayev bildirib.
“Atamın vəziyyəti yavaş-yavaş yaxşılığa doğru gedir. Həkimlərin nəzarəti altındadır. Bu gün bir az irəliləyiş var, çox sevinmişik”, – deyə o bildirib.
***09:36
Xalq artisti, professor Arif Babayevin son vəziyyəti açıqlanıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib.
“Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.