img 20250724 wa0009

Milli Məclisin deputatı Novruzəli Aslanov 24 iyul 2025-ci il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu dəfəki qəbul rayonun Diyallı kəndində baş tutub.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Diyallı kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

img 20250724 wa0005 img 20250724 121124 img 20250724 120956 img 20250724 wa0010 img 20250724 wa0011 img 20250724 wa0013 img 20250724 wa0007 img 20250724 wa0006

Paylaş: