dfv pic4 zoom 1500x1500 79329

Hollivud aktyoru Conni Depp Ancelina Coli ilə gizli görüşməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.

“Onlar London və Los-Ancelesdə görüşürlər. Heç kim bunu təxmin etməyib, çünki hər ikisi çox təmkinlidirlər. Cütlük diqqətdən kənarda qalmaq üçün çox səy göstərir – dəbdəbəli restoranlarda və sakit klublarda qapalı otaqlarda görüşürlər. Depp və Colinin münasibəti uzun illərdir ki, flört ərəfəsindədir”, – mənbə qeyd edib.

Bildirilib ki, Conni Depp illərdir aktrisaya aşiqdir:

“Ancelina Colini də onun haqqında yüksək fikirdədir. Onlar “Turist” filminin çəkilişində çox əyləniblər. Coli Deppin xüsusi biri olduğu deyir”.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-cü ildə evləniblər və 2016-cı ildə boşanıblar.

Conni Depp isə 2015-2017-ci illərdə Amber Hörd ilə ailəli olub. Aktrisa məişət zorakılığına görə sənətçidən boşanıb. 2019-cu ildə aktyorun vəkilləri Hördü böhtan atmaqda günahlandırıb və əks iddia qaldırıblar. Məhkəmə 2020-ci ilin aprelindən 2022-ci ilin iyununa qədər davam edib. Məhkəmə zamanı Depp bildirib ki, o, heç vaxt həyat yoldaşını döyməyib. 2022-ci il iyunun 1-də məhkəmə Hördün keçmiş ərinə 10 milyon dollar, aktyorun isə mənəvi ziyana görə 2 milyon dollar təzminat ödəməli olduğuna qərar verilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: