yangin

Xəbər verdiyimiz kimi, Türkiyənin Əskişəhər vilayətində meşə yanğını baş verib. 

Globalinfo.az xəbər verir ki, Əskişəhər vilayətinin Seyitqazi rayonunda baş verən meşə yanğını küləyin təsiri ilə güclənərək ətraf rayonlara da yayılıb.

Qeyd olunub ki, yanğını söndürmək üçün ərazidə çalışan 11 nəfər həlak olub.

AKP-nin Əskişəhərdən olan millət vəkili Nəbi Hatipoğlu Seyitqazi məlumat paylaşaraq yanğında həyatını itirənlərin yaxınlarına başsağlığı verib:

“Vətənimizi və meşələrimizi qorumaq üçün canlarından keçən bu fədakar qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm”.

Paylaş: