Müğənni Aysun İsmayılovanın son paylaşımı diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, ifaçı sosial şəbəkə hesabına yeni sevgilisi ilə foto yerləşdirib.
“Hər kəs sussun, qəlbim danışır”, – deyə İsmayılova qeyd edib.
Bu, izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Əksəriyyət Aysunun üçüncü dəfə ailə qurmağa hazırlaşdığını iddia ediblər. Müğənni isə hələlik bu şərhlərə münasibət bildirməyib.
Qeyd edək ki, Aysun İsmayılova iki dəfə ailəli olub. Onun vəkil həyat yoldaşı Ramil Vəliyevdən Sevgi adında qızı var.
Leyla Əlisoy
Globalinfo.az