unesco

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus bildirib.

Onun sözlərinə görə, ABŞ-ın sözügedən təşkilata daimi üzvlüyü ölkənin maraqları ilə üst-üstə düşmür.

“UNESCO partiya qərəzi ilə mədəni və sosial məqsədləri təbliğ edir, o cümlədən bu təşkilat BMT-nin bizim “ilk növbədə Amerika” siyasətimizə zidd olan beynəlxalq inkişaf proqramını hədsiz dərəcədə dəstəkləyir”, – Tammi Brus qeyd edib.

ABŞ-ın UNESCO-dan çıxması ilə bağlı qərar 2026-cı ilin dekabrından qüvvəyə minir.

***15:29

ABŞ Prezidenti Donald Tramp ölkəni UNESCO-dan çıxarmaq qərarına gəlib”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Anna Kelli deyib.

O bildirib ki, Trampın bunu etməsinin əsas səbəbi təşkilatın ABŞ-nin maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləməsidir.

Paylaş: