ABŞ-ın Rusiyaya yeni təyin edilmiş səfiri Lin Treysi Moskvaya gəlib.
Globalinfo.az xəbər verir ki, bu məlumat ABŞ-ın Rusiyadakı Səfirliyinin tviter səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Treysi bundan öncə ABŞ-ın Ermənistandakı səfiri olub. Rusiya üzrə mütəxəssis olan diplomat Moskvaya səfir olaraq dekabrda təyin edilib. Bu ölkəyə gəlməzdən az öncə Rusiya Xarici İşlər Nazirliyi Treysiyə xəbərdarlıq ünvanlayıb. Belə ki, Moskva Treysinin səhvlər buraxmaması gərəkdiyi, əks təqdirdə ölkədən deport ediləcəyi mesajını göndərib.
Aqşin
Globalinfo.az