Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Pekində görüşə bilər.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Çinə səfərə hazırlaşırıq. Bu, dövlət başçısının gündəmindədir. Amma Trampın Pekinə getməyi planlaşdırdığı barədə nəsə deməmişik. Əgər gələrsə, görüş məsələsini istisna etmək olmaz”, – deyə o bildirib.
Bundan əvvəl Britaniyanın “The Times” qəzeti Çində İkinci Dünya müharibəsinin başa çatması ilə bağlı sentyabrda keçiriləcək tədbirdə üç qalib ölkə – Rusiya, Çin və ABŞ liderlərinin görüşünün mümkünlüyünə dair iddia ilə çıxış edib.
Əliyar Xəlil
Globalinfo.az