Bakı metrosuna yeni mətbuat katibi təyin edildi

Bakı metrosuna yeni mətbuat katibi təyin edildi

Bakı Metropoliteni” QSC-də yeni mətbuat katibi təyin edilib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.

Bakı metrosuna yeni mətbuat katibi təyin edildi