Qazaxın bəzi kəndlərində qazın verilişi dayandırılıb.
Globalinfo.az xəbər verir ki, rayonun Qaymaqlı, Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində mavi yanacağın verilişində məhdudiyyətlər yaranıb.
Buna səbəb Qazax-Saquramo qaz boru kəmərində yaranan sızma göstərilir.
Qeyd edək ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Sözügedən kəndlərdə ümumilikdə 4 500-dən çox abonent var.