İsrailin energetika naziri Eli Koen İran xalqına ünvanladığı qeyri-adi müraciətlə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, İran cəmiyyətinin ağır şəraitdə yaşadığını bildirib və su çatışmazlığını xüsusi vurğulayıb.

“Mən sizin əziyyətinizi görürəm və bilirəm ki, kifayət qədər içməli suya malik deyilsiniz. Bir gün bu zalım rejim devrildikdə siz İsrailin su texnologiyalarından faydalana biləcəksiniz”, – deyə Koen bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: