Norat Ter Qriqoryants

“Azərbaycan savaşa hazırlaşır və Ermənistanın zəif olması rəqibin onu məhv etmək imkanlarını artırır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants çıxış edib.

O, Ermənistan ordusunun döyüş qabiliyyətinin bərpa olunmayacağı təqdirdə ölkənin dağılacağını bildirib.

Erməni general ordunun II Qarabağ müharibəsindən öncə hakimiyyət tərəfindən dağıdılmağa başlandığını qeyd edib:

“Ermənistan hərbi siyasətini, hərbi doktrinasını, səfəbərliyin genişləndirilməsi planını, ölkənin dinc vəziyyətdən müharibə vəziyyətinə keçid planını bərpa etməlidir. O zaman ölkə güclənəcək”.

Aqşin
Globalinfo.az

Paylaş: