17527601888592951056878ff7c25387

“İsti havalarda qəhvə içmək məsləhət görülmür”.

Globalinfo.az xəbər verir ki, bunu həkim-terapevt Denis Prokofyev deyib.

“Qəhvə mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərən tonik içkidir. Onun əsas xüsusiyyəti orqanizmi tonuslandırmaqdır. Lakin həmin “tonik effekt” bəzən baş ağrılarına və ürək bulanmasına səbəb olur”, – o bildirib.

Həkimin sözlərinə görə, qəhvə mədə xorası, xroniki qastrit, hipertoniya kimi ürək-damar xəstəlikləri olan insanlara zərər verə bilər:

“Riski azaltmaq üçün onu südlə içmək, acqarına içməmək, gündə bir stəkanla məhdudlaşdırmaq məsləhət görülür”.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: