Novxanıda dənizdə batan yeniyetmələrin FOTOLARI – YENİLƏNİB

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOLARI - YENİLƏNİB

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki yeniyetmənin görüntüləri yayılıb.

Globalinfo.az həmin fotoları təqdim edir:

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOLARI - YENİLƏNİB Novxanıda dənizdə batan yeniyetmələrin FOTOLARI - YENİLƏNİB

***15:46

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.

Globalinfo.az xəbər verir ki, Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyatı üzrə təhvil verilib.

*** 12:48

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan 2 nəfərin adları məlum olub.

Globalinfo.az report-a istinadən xəbər verir ki, batan şəxslər Xırdalan şəhər sakinləri 2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Hər iki yeniyetmə 21 saylı Kəlbəcər rayon orta məktəbinin şagirdləridir.

Hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

*** 11:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.