Rusiya hava hücumundan müdafiə sistemləri on dəqiqə ərzində Bryansk və Kaluqa vilayətlərində beş Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hadisə bu gün səhər baş verib. Üç pilotsuz təyyarə Bryansk vilayətində, ikisi isə Kaluqa vilayətində məhv edilib. Bütün hədəflər uğurla məhv edilib, itki və dağıntı qeydə alınmayıb”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az