Dmitri Medvedyev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketinə sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, teleqram kanalında paylaşım edərək bildirib ki, avropalı axmaqların qərarı nəticəsində Ukrayna, xüsusilə də Kiyev hədəflərinə zərbələrin intensivliyi artacaq.

“İqtisadiyyatımız sağ qalacaq və Bandera rejiminin məğlubiyyəti davam edəcək. Kiyev də daxil olmaqla, Ukraynanın qondarma hədəflərinə zərbələr artan güclə həyata keçiriləcək,” – deyə Medvedyev bildirib.

O, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin “Rusiyanın hərbi maşınının ürəyinə zərbə vurmaq” bəyanatını lağa qoyub və onun real vəziyyətdən bixəbər olduğunu vurğulayıb.

Medvedyev əlavə edib ki, Rusiya rusofobiyanın xatirəsini qoruyub saxlamalı və onu yayanlara nifrətini göstərməlidir.

Tahir Turan
Globalinfo.az

Paylaş: