Zelenski Ukraynanın müdafiə naziri ilə Rusiyanın dərinliklərinə endirilən zərbələr barədə müzakirə aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Zelenski Denis Şmıqaldan illik hesabatı alıb.
“Biz dərin hücumların təmin edilməsini, zərbələrimizin tezliyini, prioritet vəzifələri müzakirə etdik. Mən bütün cəlb olunan bölmələrə və dəqiq zərbələrə görə minnətdaram”, – Zelenski vurğulayıb.
Əliyar Xəlil