kimmel

Tramp amerikalı məşhur teleaparıcını hədələyib”.

Globalinfo.az xəbər verir ki, teleaparıcı və Tramp administrasiyanın tənqidçisi Cimmi Kimmel teleşousunu itirə bilər.

Qeyd edək ki, onun verilişi barədə qərar prezidentin digər məşhur tənqidçisi Stiven Kolbertin aparıcılıq etdiyi “The Late Show” proqramının bağlanmasından sonra verilib.

“Kolbertin işdən qovulmasına çox şadam. Onun istedadı reytinqlərindən də az idi. Eşitdiyimə görə, Cimmi Kimmel növbəti sıradadır. Onun Kolbertdən də az istedadı var”, – Tramp vurğulayıb.

Məlumat üçün bildirək ki, Kolbert əvvəllər Trampı açıq şəkildə tənqid edib. CBS proqramın ləğvinin onun sərgilədiyi mövqe ilə bağlı olmadığını açıqlayıb.

“The Late Show” ilk dəfə 1993-cü ildə Devid Lettermanın aparıcılığı ilə yayımlanıb. 2015-ci ildən proqrama Stiven Kolbert aparıcılıq edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: