Rusiya “qara siyahıda” – Say artdı

Rusiya "qara siyahıda" - Say artdı

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları altında olan şəxslərin və təşkilatların ümumi sayı 2500 nəfəri keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

“Sonuncu dəfə Avropa İttifaqı Rusiyaya qarşı 18-ci məhdudiyyətlər paketi çərçivəsində 14 fiziki və 41 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. İyulun 18-də Aİ Şurası 18-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib”, – deyə bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko qeyd edib ki, Moskva Aİ-nin sanksiyalar paketinə cavab olaraq əks tədbirlər görə bilər.

Əliyar Xəlil
Globalinfo.az