sehid 1

Vida mərasimi keçirildikdən sonra şəhid dövlət himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə Xaçmaz rayonunun Usta Cəlilli kəndində qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Məzahir Kərimov könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. O, 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhidin nəşinin qalıqları Ağdərə rayonu ərazisində aşkarlanıb.

M. Kərimov cəbhəyə yollananda ailəli idi. İki qız övladı yadigar qalıb.

Nəvəsi şəhid Məzahir Kərimovun adını daşıyır.

***12:40

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra şəhid Usta Cəlilli kənd qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. O, 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhidin nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.

38be54dc afba 3f7f 89e8 a98ac871c51d
4c348227 a1f3 3034 b4bd ebf0479181f9

Paylaş: