347527822968803

Slovakiyanın baş naziri Robert Fiko ölkəsinin Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinə dəstək verəcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Facebook” üzərindən yayımladığı videomüraciətdə məlumat verib.

Fiko bildirib ki, Avropa Komissiyası rəhbəri Ursula fon der Leyenlə qaz qiymətləri və təminatları ilə bağlı razılıq əldə olunduqdan sonra Bratislava sanksiyalar paketinə mane olmayacaq.

Slovakiya daha əvvəl 2028-ci ildən etibarən Rusiya qazının idxalına tam qadağa qoyulması təklifinə etiraz edərək yeni sanksiya paketinin qəbulunu əngəlləmişdi. Rəsmi Bratislava bu tədbirin qaz qıtlığına, qiymət artımına və tranzit ödənişlərinin yüksəlməsinə səbəb olacağından, eyni zamanda “Qazprom”un hüquqi iddialarına yol aça biləcəyindən narahatlığını bildirmişdi.

Qeyd edək ki, Avropa İttifaqının 18-ci sanksiya paketi çərçivəsində enerji, maliyyə və texnologiya sahələrində Rusiyaya qarşı yeni məhdudiyyətlər nəzərdə tutulur. Fikonun razılığı sanksiyaların yekdilliklə qəbul olunmasında mühüm rol oynaya bilər.

Tahir Turan
Globalinfo.az

 

 

 

Ask ChatGPT

Paylaş: