“Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar masasına qayıtmağa məcbur edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Norveçin “Steigan” nəşri yazıb.
Materialın müəlliflərinin fikrincə, Rusiya ordusu hər an Kiyevi mühasirəyə ala bilər:
“Putin bir neçə həftə ərzində Ukraynanın məğlubiyyətinə səbəb olacaq hücuma “yaşıl işıq” yandıra bilər”.
Bundan əvvəl “The Hill” qəzeti ABŞ Prezidenti Donald Trampın münaqişəni 50 gün ərzində həll etmək ultimatumuna baxmayaraq, Rusiyanın Ukraynaya növbəti irimiqyaslı hücuma keçdiyini yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az