İyulun 16-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
X X X
Ağdaşda Yuxarı Şirvan kanalında batan yeniyetmənin meyiti tapılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, dünən kanalda batan 2008-ci il təvəllüdlü Dəniz Süleymanlının meyiti tapılaraq aidiyyətı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.














